2023-cü ildə Payız fəsli Azərbaycana 23 sentyabr saat 10:49-da daxil olacaq.
Axşam.az xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki bu zaman Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən cənub yarım kürəsinə keçəcək:
“Həmin andan Şimal yarım kürəsində Payız fəsli, Cənub yarımkürəsində isə Yaz fəsli başlayacaq. Həmin gün bütün coğrafi enliklərdə Günəş şüaları Yer səthinə perpendikulyar düşəcək və gündüzlə gecənin uzunluğu bərabərləşərək 12 saat olacaq”.
Qeyd edilib ki, şimal yarımkürəsində payız fəsli dekabrın 22-ə qədər davam edəcək. Dekabrın 22-i saat 07:27-də qış fəsli payızı əvəz edəcək.
Follow @7timesaz