Ölkə

“Yaşayış səviyyəsi yüksəkdir, özümüzü Fransa ilə də müqayisə edə bilərik” – Eldar Əzizov

“Yaşayış səviyyəsi yüksəkdir, özümüzü Fransa ilə də müqayisə edə bilərik” – Eldar Əzizovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Digər postsovet ölkələrində durğunluq var, lakin bizim ölkəmizdə inkişaf sürətlə gedir. Lakin biz hazırda postsovet ölkələri ilə müqayisədə xeyli irəlidəyik”.

“7Times.az” “Oxu.az”-a istinadla xəbər verir ki, bunu Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir və Bakı Şəhər Prokurorluğunun inzibati binasının yeni korpusunun açılış mərasimində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

“Bu inkişaf ölkənin bütün istiqamətlərində davam edir. İşğaldan azad olunan ərazilərdə işlər sürətlə aparılır. Ora ilə yanaşı, paytaxtda və digər regionlarda inkişaf, islahatlar aparılır.  Azərbaycanda yaşayış səviyyəsi yüksəkdir. Biz bu gün özümüzü Fransa ilə də müqayisə edə bilərik. L Balaca ölkə olsaq da, bizim sözümüz keçir”, – deyə o, bildirib.