İdman

“Qarabağ”dan “Adidas”la bağlı AÇIQLAMA

“Qarabağ”dan “Adidas”la bağlı AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada bəzi erməni jurnalistlər, eləcə də Ermənistan KİV-ləri “Adidas” şirkətinin “Qarabağ” klubu ilə əməkdaşlığı birtərəfli qaydada dayandırdığına dair məlumatlar yayıb.

7times.az xəbər verir ki, şirkətin bu addımı atmasına səbəb kimi klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun sosial şəbəkədə ermənilərlə bağlı işlətdiyi fikirlər göstərilib.

“Qarabağ” klubu feysbuk hesabında bu barədə məlumat yayaraq həmin informasiyanın yanlış olduğunu açıqlayıb: “Mətbuatda “Qarabağ” və “Adidas” arasında münasibətlərin pozulmasına dair məlumatlar yayılıb. Klub olaraq bəyan edirik ki, bu xəbərlər həqiqəti əks etdirmir”.