Böyük Britaniya kəşfiyyatı Pekinin nüvə sualtı qayığının Sarı dənizdə Britaniya sualtı gəmiləri üçün qurulan tələyə düşməsi nəticəsində ən azı 55 Çin dənizçisinin öldüyünü bildirib.
“Daily Mail” xəbər verir ki, gəmidə olanların hamısı sualtı oksigen zəhərlənməsi səbəbindən ölüb.
Böyük Britaniya kəşfiyyatın məlumatına görə, avqustun 21-də Sarı dənizdə missiya yerinə yetirərkən qəza olub: “Hadisə yerli vaxtla saat 08.12-də baş verib və nəticədə 55 ekipaj üzvü – 22 zabit, 7 zabit kursant, 9 kiçik zabit, 17 dənizçi ölüb. Ölənlər arasında kapitan polkovnik Xue Yong-Peng də var. Anladığımız kimi, ölüm sualtı qayıqdakı sistem çatışmazlığı səbəbindən hipoksiya nəticəsində baş verib. Sualtı qayıq, Çin donanmasının ABŞ sualtı qayıqlarını və müttəfiqlərini tələyə salmaq üçün istifadə etdiyi zəncir və lövbər maneəsinə rast gəlib. Bortdakı oksigen sistemi ciddi nasazlıqdan sonra ekipaj üzvləri zəhərlənib”.
Hərbi kəşfiyyat məlumatlarına əsaslanan Böyük Britaniya hesabatı yüksək səviyyədə məxfiliyə malikdir.
Çin tərəfi hadisəni təkzib edib.
Follow @7timesaz