İdman

“Qarabağ”dan transfer etdilər, 12 milyondan aşağı qiymətə SATMAQ İSTƏMƏDİLƏR

“Qarabağ”dan transfer etdilər, 12 milyondan aşağı qiymətə SATMAQ İSTƏMƏDİLƏRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın sabiq legioneri Kadi Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı klublarından təklif alıb.

Bu ilin yanvarında “Qarabağ”dan “Krasnodar”a transfer olunan braziliyalı vingerin agenti Xelsio Alisk yayılan məlumatlarla bağlı açıqlama verib.

O, təklif aldıqlarını təqdiqləyib.

“Kadiyə həqiqətən də təkliflər var idi. Amma “Krasnodar” transferə razılıq vermədi” – deyə Xelsio Alisk “RB Sport”a bildirib. Menecer söhbətin hansı klublardan getdiyi açıqlanmayıb.

Kadi bu mövsüm “Krasnodar”la bütün turnirlərdə 20 oyun keçirib, 4 qol vurub və 1 qolun ötürməsini edib. Onun Rusiya klubu ilə müqaviləsi 2026-cı ilin iyunun 30-da başa çatır.

“Qarabağ“ın 5 milyon avroya satdığı “sambaçı“ niyə ərəblərə qismət olmayıb? “Krasnodar“ı gələn təkliflərin maliyyə şərtləri qane etməyib.

Ruslar 4 illik müqavilə bağladığı cənubi amerikalını 12 milyon avrodan aşağı qiymətə “əldən çıxarmaq“ istəmir. Kadiyə ünvanlanan dəvətlərin maddi dəyəri isə onların düşündüyü rəqəmdən qat-qat aşağı olub.

SPORTİNFO.AZ