“Real Madrid”in keçmiş yarımmüdafiəçisi, hazırda “Real Betis”in futbolçusu olan İsko yenidən top-klubda çıxış edə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı “Todofichajes” yayıb.
Mənbənin məlumatına görə, “Barselona” 31 yaşlı yarımmüdafiəçinin transferində maraqlıdır.
Kataloniyalılar yarımmüdafiəçi ilə gələn yay – azad agent olduqdan sonra müqavilə bağlamaq istəyir. “Barselona”nın baş məşqçisi Xavi Ernandes İskonun istedadının pərəstişkarıdır.
Xatırladaq ki, yarımmüdafiəçi 2013-2022-ci illərdə “Real Madrid”də çıxış edib.
İspaniya çempionatının cari mövsümündə İsko 14 oyun keçirib. Yarımmüdafiəçi iki qol vurub və iki məhsuldar ötürmə edib.
Follow @7timesaz