“Bu gün Moskva və İrəvan arasında müttəfiqlik əlaqələri Qərbin qardaş xalqlarımız arasında münasibətlərə zərbə vurmaq cəhdləri fonunda möhkəmlik baxımından sınanır”.
7Times.az “Sputnik”ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Rusiya XİN rəhbərinin sitatı Moskvada keçirilən “Rusiya və Ermənistan arasında münasibətlərin inkişafında xalq diplomatiyasının rolu və yeri” adlı sessiyanın iştirakçılarına ünvanan salamlamadandır.
Follow @7timesaz