“Neftçi”nin baş məşqçi vəzifəsinə yeni təyinat olub.
7times.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytında məlumat verilib. Məlumata görə, klubun Müşahidə Şurasının qərarı ilə komanda Samir Abasova həvalə olunub.
42 yaşlı mütəxəssislə 2021/2022-ci illər mövsümünün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Samir Abasov 2003/2004 mövsümündə “Neftçi”də çıxış edib, Azərbaycan çempionatının və kubokunun qalibi olub. O, baş məşqçi kimi “Sumqayıt” (2015-2018) və “Zirə” (2018-2019) klublarında çalışıb.
Follow @7timesaz