Ermənistan parlamentinin respublikanın baş naziri Nikol Paşinyanın istefası ilə bağlı növbədənkənar iclası baş tutmayıb.
7times.az-ın məlumatına görə, bunu parlamentin müxalifətçi deputatı Naira Zoqrabyan jurnalistlərə deyib.
Onun sözlərinə görə, parlamentin növbədənkənar iclası kvorumun təmin edilməməsi səbəbindən baş tutmayıb: “İclasa yalnız parlamentin vitse-spikeri Lena Nazaryan gəldi. Hakim fraksiyadan olan digər deputatlar iclasa qatılmadı”.
Follow @7timesaz