Ölkə

Bakı metropolitenində iş saatı uzadılacaq

Bakı metropolitenində iş saatı uzadılacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar “Bakı Metropoliteni” QSC-də iş qrafiki dəyişdiriləcək.

Bu barədə “7Times.az“a səhmdar cəmiyyətindən məlumat verilib.

Mədəni-kütləvi tədbirlər planına uyğun olaraq, sentyabrın 24-dən 26-dək 3 stansiya – “İçərişəhər”, “Sahil” və “28 May” gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Stansiyalara növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.

Ayın 24-dən 25-nə və 25-dən 26-na keçən gecə qeyd edilən 3 stansiya saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Yaşıl və Bənövşəyi xətlər üzrə hərəkət ənənəvi qaydada təşkil ediləcək, həmçinin Qırmızı xəttin digər stansiyaları saat 00:00-da bağlanacaq.