Türkiyənin Malatya vilayətində 4,3 bal gücündə zəlzələ baş verib.
7Times.az xəbər verir ki, bu barədə Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Doğanşehirdə qeydə alınıb.
Bildirilib ki, zəlzələnin ocağı yerin 17,7 kilometr dərinliyində olub. Dağıntı və tələfat barədə məlumat verilməyib.
Sfera.az
Follow @7timesaz