Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynadakı münaqişə ilə bağlı Minsk və Moskvanın yanaşmalarında müəyyən fərqlər olsa da, Belarusun hər zaman Rusiyanın yanında olacağını bildirib.
7Times.az xəbər verir ki, Lukaşenko bu barədə Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edən hökumət nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdə danışıb.
“Əlbəttə, Ukraynadakı münaqişənin qiymətləndirilməsi ilə bağlı müəyyən xüsusiyyətlərim var. Bəli, münaqişənin ayrı-ayrı aspektləri ilə bağlı öz anlayışım mövcuddur. Lakin biz hər zaman ümumi kursumuza sadiq qalacağıq. Əgər Rusiya rəhbərliyi qərar qəbul etsə, orada baş verənlərlə bağlı anlayışlarımızdakı fərqlərə baxmayaraq, həmişə sizinlə olacağıq. Biz heç vaxt xain olmamışıq”, – Lukaşenko deyib.
Belarus lideri Ukraynadakı münaqişə məsələsini Rusiya Prezidenti Vladimir Putinlə tez-tez müzakirə etdiyini də bildirib.
“Bizim yanaşmalarımız daha dəqiqdir: həm o, həm də mən döyüş təmas xəttində nələrin baş verdiyini bilirik”, – Lukaşenko vurğulayıb.
Follow @7timesaz


