Dünya

Avropa liderləri toplaşdı – Makron Ukraynaya böyük dəstək VƏD ETDİ

Avropa liderləri toplaşdı – Makron Ukraynaya böyük dəstək VƏD ETDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, fevralın 26-da 20-yə yaxın avropalı lider Franda prezidenti Makronun təşəbbüsü ilə Parisdə bir araya gələrək Ukrayna məsələsini müzakirə edib.

7Times.az  xəbər verir ki, Parisdə Avropa liderləri təxminən 6 saat Ukraynaya dəstəyin gücləndirilməsini müzakirə ediblər.

Fransa prezidenti Emmanuel Makron liderlərin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib ki, ABŞ-ın yardımı ilə bağlı qeyri-müəyyənlik yaranarsa, Avropa Ukraynaya kömək edəcək.

Makronun sözlərinə görə, müttəfiqlər Ukraynaya orta və uzaq mənzilli raketlərin tədarükü üçün koalisiya yaradırlar.

O bildirib ki, “Fransa Kiyevə yeni avadanlıq tədarük etməyə başlayan və ya buna hazır olan bütün dövlətləri bir araya gətirmək niyyətindədir.

“Bu məsələ belə silahlara böyük ehtiyacı olan ukraynalılar üçün son dərəcə vacibdir”, – deyən Fransa prezidenti Moskvanın davranışının getdikcə daha aqressivləşdiyini, Rusiyanın “müharibədə qalib gəlməməsi lazım olduğunu” vurğulayıb.

Parisdə keçirilən konfransda Kiyevə dəstək verən Avropa ölkələrindən bir çox rəsmilər, o cümlədən Almaniya kansleri Olaf Şolz və Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron iştirak edib. Sammitdə Ukrayna prezidenti Vladimir Zelenski də iştirak edib. O bildirib ki, “görüşdə xüsusilə Ukraynaya tədarük və dəstəyin davam etdirilməsi müzakirə edilib”.