Qarabağ

“Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq reallığa çevrilməkdədir” – Spiker

“Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq reallığa çevrilməkdədir” – Spikerbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Valday forumunda Prezident İlham Əliyevin səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq reallığa çevrilməkdədir”.

7times.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Milli Məclisin Sədri bildirib ki,  6 ay bundan əvvəl şuşalı gənc qız bu salonda çıxış etmişdi: “O zaman Şuşa şəhəri işğal altında idi. Onun çıxışı hamımızı çox duyğulandırmışdı. Mən bu gün yenə də Əsra Məmmədlini bu zala dəvət etmək istəyirəm. Onun hisslərini eşitmək maraqlı olar”.

Əsra Məmmədli çıxışında bildirib ki, artıq azad Şuşadandır: ”Bir neçə ay bundan əvvəl burada çıxış edərkən təsəvvür belə etməzdim. Artıq bütün dünya bilir ki, işğala son qoyuldu. Dünya bilir ki, Azərbaycan əsgəri, Azərbaycan xalqı öz torpağına qanı və canı bahasına sahib çıxdı. Müzəffər Azərbaycan Ordusu bizi doğma torpaqlarımıza qovuşdurdu. Artıq Şuşa məscidində azan səslənir. Bayrağımız azad olmuş bütün torpaqlarda dalğalanır. Mən artıq qaçqın, məcburi köçkün deyiləm. Mən evimizə qayıdıram. Mən sizin hər birinizi Şuşada, Qarabağda gözləyirəm”.