Göygöldə baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan biri dünyasını dəyişib.
7Times.az report-a istinadən xəbər verir ki, tibbi yardımlara baxmayaraq, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlardan biri – 1989-cu il təvəllüdlü Davud Mürsəlovun həyatını xilas etmək mümkün olmayıb.
Digər xəsarət alan şəxs – 1998-ci il təvəllüdlü Ruslan Rüstəmovun müalicəsi davam etdirilir.
Qeyd edək ki, toy mərasimindən qayıdan şəxslərin olduğu BMW markalı avtomobil “VAZ-2106” markalı avtomobillə toqquşub, sonra idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Zərbənin gücündən avtomobildə olanlardan birinin avtomobildən çıxaraq bir neçə metr kənara düşdüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Follow @7timesaz