2023-cü il 19 sentyabr tarixində həyata keçirilmiş lokal antiterror əməliyyatından sonra azad edilmiş ərazilərdə inventarlaşdırma işləri aparılıb.
7Times.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.
Hesabatda bildirilir ki, azad edilən ərazilədə ümumilikdə 7.7 min yaşayış və 687 qeyri-yaşayış fonduna aid tikililər aşkar edilərək inventarlaşdırılıb.
Qeyd edilib ki, Xankəndi şəhəri üzrə daşınmaz əmlakların inventarlaşdırılması başa çatdırılıb. Daşınmaz əmlaklara dair tərtib edilmiş sxemlər və fotoşəkillər ORGIS-a daxil edilib.
Follow @7timesaz