Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevlə İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiq arasında telefon danışığı olub.
7Times.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Tərəflər Azərbaycan–İran Dövlət Komissiyasının həmsədrləri kimi fevralda Bakıda keçirilmiş 17-ci iclasın yekunlarına dair imzalanan Anlaşma Memorandumunda nəzərdə tutulan məsələlərin icra vəziyyətini nəzərdən keçiriblər.
Telefon danışığı zamanı iqtisadiyyat, ticarət, nəqliyyat və tranzit, energetika, su və digər sahələrdə əməkdaşlıq, eləcə də həyata keçirilən layihələrin icra dinamikası müzakirə olunub.
Nəqliyyat layihələri sırasında Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisinin başa çatdırılması mühüm nəticə kimi qiymətləndirilib. Astara yük terminalında işlərin tamamlanması üçün görülməli tədbirlər ətrafında da fikir mübadiləsi aparılıb.
Follow @7timesaz


