Təcavüzkar üzərində qələbənin düsturu tamamilə aydındır: güc vasitəsilə sülh. Əgər səylərimizi səfərbər edib qələbəyə inanmağa başlasaq, nəhayət, Avropada sülhü təmin edə biləcəyik.
7Times.az xəbər verir ki, bu sözləri Litvanın Baş naziri İnqrida Şimonite deyib.
O qeyd edib ki, yalnız Skandinaviya və Baltikyanı ölkələrin ümumi ÜDM-si Rusiya Federasiyasından yüksəkdir.
O həmçinin bildirib ki, Ukraynanın NATO-ya ehtiyacı olduğu kimi, NATO-nun da Ukraynaya ehtiyacı var. Buna görə də yayda Vaşinqtonda keçiriləcək NATO sammitində digər məsələlərlə yanaşı, Ukraynanı Alyansa yaxınlaşdırmaq öhdəliyinə də qiymət veriləcək.
Follow @7timesaz