Dünya

“ABŞ İranın zərbəsini gözləyir” – “Hədəflər həm İsrailin daxilində olacaq, həm də…”

“ABŞ İranın zərbəsini gözləyir” – “Hədəflər həm İsrailin daxilində olacaq, həm də…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Birləşmiş Ştatlar İranın yaxın günlərdə İsrail daxilində bir neçə hədəfə zərbə endirəcəyini gözləyir və müttəfiqinə atılan istənilən silahın qarşısını almağa kömək etməyə hazırdır”.

7Times.az  xəbər verir ki, bu məlumatı CNN kanalı özünün ABŞ Administrasiyasındakı mənblərinə istinadla yayımlayıb.

CNN qeyd edir ki, ABŞ Prezidenti Co Baydenin administrasiyası Yaxın Şərqdə son dərəcə qeyri-sabit və gözlənilməz bir dövrün başlanmasına səbəb ola biləcək hadisələrə qarşı yüksək hazırlıq vəziyyətindədir. ABŞ kəşfiyyatının fikrincə, qarşıdan gələn hücumlarda İranın öz proksilərindən də istifadə edəcəyi gözlənilir və “hədəflərin həm İsrail daxilində, həm də ümumilikdə bölgədə olması ehtimalı var”.

ABŞ kəşfiyyatı İranın öz PUA və qanadlı raketləri də daxil olmaqla hərbi aktivlərini ölkə daxilində hərəkət etdirdiyini müşahidə edir: “Bu, İranın öz ərazisindən İsrail hədəflərinə hücum etməyə hazırlaşdığını göstərir”.

Məlumata görə, ABŞ kəşfiyyyatı İranın artıq 100-ə qədər qanadlı raket hazırladığını müşahidə edib. O da qeyd edilir ki, Bayden daim öz milli təhlükəsizlik komandasından vəziyyətlə bağlı məlumat alır.

“AzPolitika.info”