Dünya

“Navalnının ölüm əmrini Putin verməyib” – ABŞ nəşrindən şok iddia

“Navalnının ölüm əmrini Putin verməyib” – ABŞ nəşrindən şok iddiabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ kəşfiyyatı Aleksey Navalnının “ölüm əmrini” Vladimir Putinin vermədiyinə inanır.

7Times.az  xəbər verir ki, bu barədə ABŞ-nin “The Wall Street Journal” nəşri məlumat yayıb.

Nəşr kəşfiyyat məlumatları ilə tanış olan gizli mənbələrə istinadla yazır ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Dövlət Departamentinin kəşfiyyat bölməsi Putinin Navalnının öldürülməsinə birbaşa göstəriş vermədiyini etiraf edib.

Qeyd edək ki, bu ilin fevralında Arktikadakı həbsxanada 47 yaşında vəfat edən Aleksey Navalnı Rusiya müxalifətinin lideri hesab olunurdu. Navalnı Putinə qarşı sərt tənqidləri ilə tanınan siyasi fiqur idi.

“AzPolitika”