MLS-in adi mövsümündə “New England Revolution” və “İnter Mayami” arasında qarşılaşma baş tutub.
7Times.az xəbər verir ki, görüş Mayami təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Matçın əsas qəhrəmanlarından biri də qalib komandanın kapitanı Lionel Messi olub. Argentinalı 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
“Gillette” stadionunda tamaşaçıların sayı 65 612 olub. Bu rəqəm liqa tarixində rekord olub. Bundan əvvəl ən yüksək göstərici 2002-ci ilin oktyabrında “Los Anceles Qalaksi”nin matçında qeydə alınıb – 61 316.
Bu cür ajiotajın yaranmasına səbəb isə məhz Messinin heyətə salınması olub.
Offsideplus.az
Follow @7timesaz