Dünya

ABŞ 31 Çin şirkətinə sanksiya tətbiq etdi – Rusiyaya qarşı sanksiyaları pozduqları üçün…

ABŞ 31 Çin şirkətinə sanksiya tətbiq etdi – Rusiyaya qarşı sanksiyaları pozduqları üçün…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ukrayna müharibəsi səbəbilə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları pozan 31 Çin şirkətinə sanksiya tətbiq edib.

7Times.az  xəbər verir ki, bunu ABŞ-nin Pekindəki səfiri Nikolas Börns bildirib.

O, bu şirkətlərin Rusiyanın hərbi və mülki təyinatlı aerokosmik və istehsal avadanlıqlarının hazırlanmasında və tədarükündə rolunun olduğunu iddia edib.

Məlumata görə, ABŞ Çinin “Wuhan Global Sensor Technology”, “Wuhan Tongsheng Technology” şirkətlərinə də Rusiyaya hərbi məqsədlər üçün optik məhsullar və sensorlar satmaqda, “Tulun International Holding” şirkətini isə pilotsuz uçuş aparatlarında istifadə edilən Qlobal Naviqasiya Peyk Sistemlərini (GNSS) satmaqda ittiham edərək sanksiya tətbiq edib.

“AzPolitika”