Dünya

Paşinyan: “Ermənistanla Rusiya arasında problemlər var, amma…”

Paşinyan: “Ermənistanla Rusiya arasında problemlər var, amma…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanla Rusiya Federasiyası arasında müəyyən problemlər var. İrəvan bu məsələlərin həlli üçün əlindən gələni edir”.

7Times.az  xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

“Problemlər çoxdur, onlardan bəziləri artıq səsləndirilib. Onlar Ermənistanla Rusiya arasındakı dostluq münasibətləri kontekstindən çıxış edərək neqativ nüansları aradan qaldırmaq məqsədilə səsləndirilib. Problemlər var və İrəvan bütün diqqətini onların həllinə yönəldib”, – Paşinyan bildirib.

Onun sözlərinə görə, çoxtərəfli və ikitərəfli münasibətlərin bütün gündəliyi müzakirə mövzusu olacaq. Təfərrüatlar görüşdən sonra açıqlanacaq.

Ermənistanın Baş naziri həmçinin bildirib ki, mayın 8-də o, Ali Avrasiya İqtisadi Şurasının (AİİK) yubiley sammitində iştirak etmək üçün Moskvaya gedəcək və Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. “Sabah mən Moskvaya gedəcəyəm, orada Aİİ sammitinə sədrlik edəcəyəm. Mənim Rusiya prezidenti ilə görüşüm də planlaşdırılır”, – Paşinyan bildirib.

KONKRET.az