Dünya

Kirbi: ABŞ Rusiya gəmilərinin Kubaya səfərində təhdid görmür

Kirbi: ABŞ Rusiya gəmilərinin Kubaya səfərində təhdid görmürbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Kubanın paytaxtı Havanadakı limana səfərini izləyir.

7Times.az xəbər verir ki, bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CNN-in efirində bildirib.

“Bunu diqqətlə izləyəcəyik <…> Lakin biz bu təlimlər nəticəsində milli təhlükəsizliyə ciddi təhdid gözləmirik”, – Kirbi qeyd edib.

Bundan başqa, Kuba Xarici İşlər Nazirliyi Rusiya gəmilərinin gözlənilən səfəri ilə bağlı yaydığı açıqlamada gəmilərin nüvə silahı ilə təchiz olunmadığını, buna görə də “onların bölgəyə səfərinin heç bir təhlükə yaratmadığını” bildirib. XİN-in görə, adaya Rusiyanın “Qorşkov” freqatı, “Kazan” nüvə sualtı qayığı, “Paşın” tankeri və “Nikolay Çiker” yedək gəmisi gələcək.

Xatırladaq ki, daha əvvəl “Reuters” Rusiya Silahlı Qüvvələrinin Karib hövzəsində təlimlər keçirmək niyyətində olduğuna dair məlumat yayıb. Gəmilərin Kubanın və ola bilsin, Venesuelanın limanlarına daxil olacağı gözlənilir. Agentliyin məlumatına görə, Rusiya Birləşmiş Ştatlara “hələ də qlobal gücə qadir olduğunu” nümayiş etdirmək istəyir və təlimlər Ukraynaya dəstək üçün cavab idi. (Report)