Mədəniyyət

İlham çeşməsi” elmi ədəbi məclisinin növbəti məşğələsi keçirilib – Fotolar

“İlham çeşməsi” elmi ədəbi məclisinin növbəti məşğələsi keçirilib – Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü il iyunun 9-da Xaçmaz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxu zalında “İlham çeşməsi” elmi ədəbi məclisinin növbəti məşğələsi keçirilib.

7Times.az xəbər verir ki, məclisin sədri Böyükağa Ağa tədbiri açıq elan etdikdən sonra qonaqları məclis üzvlərinə təqdim etdi. “Payız qoxulu nəğmələrim” kitabının müəllifi Zeynəb Cəmaləddin və Gülüzə Məmmədova ilk dəfə “İlham çeşməsi”nin qonağı idilər.

Sonra o, bir ay ərzində görülən işlərdən məclis üzvlərinə danışdı, “İlham çeşməsi”nin işə başlamasının bir ilinin tamam olmasına hazırlanan almanaxın siqnal nömrəsini iştirakçılara göstərdi.

Qeyd edək ki, söz poeziya nümunələrinin müzakirəsinə veriləndə Sabir Nemətov “Sevək Allahı”, “Gözündən yaş çııxrdı”, Əlyar Ələsgər “Qoy biz mahnı oxuyaq”, “Mübarək olsun” şeirlərini oxudular. AJB-nin üzvü Məhərrəm Mustafa “Diribaş kirpi” hekayəsini oxudu. Rəna Vəliyeva “Sənin”, “Düşün”, Süleyman İsgəndərov “Unut”, “Üçün” şeirlərini oxudular.  AJB və AYB-nin üzvü, ADPU-nun Quba filialının Təbiət elmləri kafedrasının baş müəllimi Şıxamməd Seyidməmmədov “Ləzgi lətifələri” kitabından nümunələr oxudu.
Mehparə Sadıqova “Əmanət”, “Təndir çörəyi”, AJB-nin üzvü Mövlud Ağamməd “Gözləyim”, “Keçmişəm” qəzəllərini, Pənah Elqəm “Şairlik deyil”, “Vaxtımı”, AYB-nin üzvü Səyyad Sərraf “Sənsən”, “Çıxar”, Emfira Ərkli “Sevirəm demə”, “Olar”, Nəzər Mirzəyev “Milli mentalitet” şeirlərini oxudular. Tədqiqatçı jurnalist Füzuli Baratov Mir Cəfər Bağırov araşdırmalarına aid yazılarından Hökumət Evininin tikintisi zamanı yaranan çətinliklərdən və Mir Cəfər Bağırovun bu çətinlikləri necə yoluna qoymasına aid arxiv faktlarına əsaslanan yazılar barədə məlumat verdi və M.F. Axundov adına kitabxananın fonduna daxil olan yazıların elektron ünvanlarını göstərdi. Müşfiq Qərib “Bax”, “Yoxluğum”, Gülüzə Məmmədova “Dənizlə söhbət”, “Dünya”, Zeynəb Cəmaləddin “Güvənmə”, “Nə bilim”, “Seçilmək payı”, Böyükağa Ağa “Zəfərimiz mübarək”, “Örtüyündə” şeirlərini oxudular.

Müşfiq Qərib

7Times.az