Dünyada alkoqoldan ölüm halları qəbuledilməz dərəcədə yüksək olaraq qalır.
7Times.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.
Yeni hesabatda alkoqol və narkotikdən istifadənin ictimai sağlamlığa təsiri ilə bağlı 2019-cu il məlumatlarına əsaslanan hərtərəfli yenilənmiş məlumat təqdim olunur.
“Alkoqoldan ölüm hallarının bir qədər azalmasına baxmayaraq, 2010-cu ildən bu yana onun istifadəsi nəticəsində ölənlərin ümumi sayı qəbuledilməz dərəcədə yüksək olaraq qalır”, – ekspertlər qeyd ediblər.
2019-cu ildə spirtli içkilər 2,6 milyon insanın həyatına son qoyub ki, bu da həmin il qeydə alınmış bütün ölümlərin 4,7 %-nə bərabərdir. Özü də ən yüksək ölüm göstəriciləri Avropa və Afrika regionlarında qeydə alınıb.
Hesabata görə, 2019-cu ildə təxminən 400 milyon insan alkoqol və narkotik istifadəsi ilə əlaqədar yaranmış zehni pozğunluq ilə yaşayıb. Onlardan 209 milyonu alkoqol asılılığından əziyyət çəkib. Həmin il təxminən 600 min insan narkotik istifadəsi səbəbindən ölüb.
Follow @7timesaz