Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında keçirilən yarımfinal görüşü başa çatıb.
7Times.az xəbər verir ki, Münhendəki “Alyans Arena”da reallaşan matçda pireneylilər qələbə qazanıb – 2:1.
Hesabı 9-cu dəqiqədə fransızlardan Kolo Muani açıb. 21-ci dəqiqədə Lamin Yamal “status-kvo”nu bərpa edib. İspanların qələbə qoluna isə 25-ci dəqiqədə Dani Olmo imza atıb.
Qeyd edək ki, İspaniya millisinin finaldakı rəqibinin adına bu gün keçiriləcək (23:00) Niderland – İngiltərə matçında aydınlıq gələcək.
Follow @7timesaz