Bakının Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən 10150 manat dəyərində qızıl-zinət və məişət əşyalarının oğurlanıb.
Bu barədə 7Times.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş və axtarışda olan Seyfulla Qafarov saxlanılıb.
Araşdırma aparılır.
Follow @7timesaz