Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ikinci yoxlama matçını keçirib.
7Times.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda “Əl-Şabab” (BƏƏ) klubu ilə üz-üzə gəlib.
Qarşılaşma Ağdam təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “köhlən atlar” günün ilk yoxlama oyununda Xorvatiya təmsilçisi “Slaven”lə qarşılaşıb və 1:0 hesabı ilə qələbə qazanıb.