İdman

Messinin qarşısına tələb qoydu, işindən qovuldu

Messinin qarşısına tələb qoydu, işindən qovuldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentina prezidenti Xavyer Miley ölkənin idman nazirinin müavinini işdən qovub.

Offsideplus.az xəbər verir ki, buna səbəb onun yığmanın kapitanı Messinin qarşısına tələb qoymasıdır.

Belə ki, Argentina Amerika Kubokundakı çempionluqdan sonra Fransa millisini hədəf alan irqçi şüarlar səsləndiriblər.

Buna görə də, nazir müavini Xulio Qarro biabırçılığa son qoymağı və Messidən kapitan kimi üzr istəməyi tələb edib.

Ölkə başçısı isə hökümət rəsmisinin bu addımından qəzəblənib və onun işinə son verilib.

Məsələ ilə bağlı prezident dəftərxanası da məlumat yayıb. Qeyd olunub ki, heç bir hökumət nümayəndəsi dünya çempionu, Amerika Kubokunun ikiqat qalibi və ümumilikdə heç bir vətəndaşa necə addım atmalı olduğunu göstərə bilməz.