Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Go Camp” piknik layihəsinin növbəti istiqaməti Xaçmaz rayonun inzibati ərazisində yerləşən Samur – Yalama Milli Parkında baş tutub.
İlk olaraq Azərbaycan Könüllüləri sağlam həyat tərzinin formalaşdırılması, ətraf mühitin çirklənməsinin qarşısının alınması və ictimaiyyətin diqqətinə yaşıllıqların qorunması məqsədi ilə Samur-Yalama Milli Parkı ərazisində təmizlik aksiyası həyata keçiriblər.
Könüllülər arasında birliyin təşviqi və şəbəkələşmələri məqsədi ilə Azərbaycan Könüllüləri Samur – Yalama Milli Parkının ərazisində müxtəlif oyunlar və idman yarışları ilə asudə vaxtlarını dəyərləndiriblər və istedadlı könüllülərin ifasında könüllülərimiz əyləncəli vaxt keçiriblər.
Daha sonra Azərbaycan Könüllüləri üçün nahar və çay süfrəsi arxasında maraqlı və yadda qalan anlar təşkil olunub.
Qeyd edək ki, “Go Camp” piknik layihəsinin davamlı həyata keçirilməsi nəzərdə tutulur.
7Times.az
Nuray
Follow @7timesaz