BMT-nin baş katibi Antonio Quterreş hesab edir ki, dünya yenidən nüvə silahından real istifadə təhlükəsi ilə üz-üzədir.
APA xəbər verir ki, o, bu barədə Xirosimaya atom bombası atmasının 79-cu ildönümü münasibətilə ABŞ-a müraciətində qeyd edib. Müraciət anım mərasimi zamanı BMT baş katibinin müavini və tərksilah məsələləri üzrə ali nümayəndə İzumi Nakamitsu tərəfindən oxunub.
“Nüvə silahları və onlardan istifadə ilə bağlı təhdidlər təkcə tarix kitablarının səhifələrində deyil. Gündəlik bənzəri ritorika beynəlxalq münasibətlərdəki vəziyyət fonunda bir daha özünü büruzə verir.”- deyən Quterreş bunun indi dünyanın üzləşdiyi real təhlükə olduğunu vurğulayıb. O əmin olduğunu bildirib ki, nüvə silahı təhlükəsini tam aradan qaldırmağın yeganə yolu ondan tamamilə imtina etməkdir. “Nüvə müharibəsində qalib ola bilməz və belə bir müharibə heç bir halda başlanmamalıdır”, – deyə Quterreş sözlərini tamamlayıb.
Follow @7timesaz