“Mançester Siti”nin yetirməsi Mikah Hemilton “Midlsbro”ya keçib.
Fanat.Az xəbər verir ki, bu barədə Çempionşip klubunun rəsmi saytı məlumat yayıb.
20 yaşlı cinah oyunçusu yeni komandası ilə 2028-ci ilin iyun ayının sonuna qədər müddətə müqavilə imzalayıb.
Tanınmış insayder Fabritsio Romano “Mançester Siti”nin Hemiltonun satışından təxminən dörd milyon avro qazandığını vurğulayıb. Eyni zamanda, “şəhərlilər” futbolçunu 12,8 milyon avroya geri almaq hüququnu özündə saxlayıb.
Qeyd edək ki, Hemilton “Mançester Siti”nin əsas komandasında cəmi 3 oyun keçirib və bir qol vurub. “Transfermarkt” futbolçunun dəyərini iki milyon avro qiymətləndirib.
Follow @7timesaz