İngiltərənin “Çelsi” klubunun vingeri Rahim Sterlinq İtaliya A Seriyası təmsilçisi “Yuventus”a transfer oluna bilər.
7Times.az İtaliya mətbuatına istinadən xəbər verir ki, hazırda Turin klubu ilə futbolçu arasında müqavilənin detalları haqda müzakirələr aparılır.
Baş məşqçi Enzo Mareskanın planlarına daxil olmayan İngiltərə millisinin üzvü komandanı tərk etmək niyyətinə düşüb.
Qeyd edək ki, 29 yaşlı hücumçu ötən mövsüm meydana çıxdığı 43 matçda, 10 qola, 8 məhsuldar ötürməyə imza atıb. Futbolçunun “Çelsi” klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Follow @7timesaz