İdman

UEFA Çempionlar Liqası: “Qarabağ” səfərdə “Ludoqorets”ə darmadağınla qalib gəldi

UEFA Çempionlar Liqası: “Qarabağ” səfərdə “Ludoqorets”ə darmadağınla qalib gəldibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçında Azərbaycan klubu darmadağınla qalib gəlib.

“Ludoqorets Arena”dakı oyunda təmsilçimiz 2:7 hesabı ilə qalib olub.

7-ci dəqiqədə Juninyo fərqlənib.

“Ludoqorets Arena”dakı oyunda meydan sahibləri 13-cü dəqiqədə Dua Kvadvonun qolu ilə hesabı bərabərləşdirib – 1:1.

23-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Dua Kvadvo dubl müəllifi olub.

45+1-ci dəqiqədə təmsilçimiz hesaba tarazlıq gətirib – 2:2. Yasin Benziya penalti zərbəsini dəqiq yerinə yetirib.

45+5-ci dəqiqədə Patrik Andrade adını tabloya yazdırıb. Təmsilçimiz üçüncü qolu vuraraq fasiləyə üstün yollanıb – 3:2.

“Ludoqorets Arena”dakı oyunun əsas vaxtı təmsilçimizin qələbəsi ilə başa çatıb – 3:2.

Qarşılaşmanın taleyi hər biri 15 dəqiqədən ibarət iki əlavə hissədə həll olunub.

93-cü dəqiqədə Toral Bayramov komandasının növbəti qoluna imza atıb.Təmsilçimiz hesabı 4:2-yə çatdırıb.

“Ludoqorets Arena”dakı oyunda 111-ci dəqiqədə Redon Cica, 112-ci dəqiqədə isə Patrik Andrade meydan sahiblərini məyus edib. Bu qollardan sonra hesab 6:2 “Qarabağ”ın xeyrinə dəyişib

118-ci dəqiqədə isə Yasin Benziya fərqlənib. Bu oyunda sonuncu qol olub. Oyun 7:2 “Qarabağ”ın xeyrinə başa çatıb.

Bununla da Qurban Qurbanovun rəhbərlik etdiyi komanda doğma meydandakı 1:2 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb.

Qeyd edək ki, “Qarabağ”ın qrup mərhələsinə gedə yolda rəqibi Xorvatiyanın “Dinamo” (Zaqreb) kollektivi olacaq. “Köhlən atlar” Xorvatiya çempionu ilə ilk görüşünü avqustun 20-si səfərdə keçirəcək.