Futbol üzrə Türkiyə Superliqasında II tura start verilib.
7times.az xəbər verir ki, son çempion “Qalatasaray” səfərdə “Konyaspor”la qarşılaşıb. Görüş İstanbul nəhənginin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qalatasaray”ın heyətində qolları Kərim Aktürkoğlu ilə Barış Alpər Yılmaz vurublar. “Konyaspor”da isə Oğulcan Üngül fərqlənib.
Qeyd edək ki, “cim-bom” ilk turda “Hatayspor”a (2:1) qalib gəlib.
Follow @7timesaz