İdman

“Fənərbağça”dan hücumla bağlı açıqlama

“Fənərbağça”dan hücumla bağlı açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Super Liqada “Göztepe” ilə keçirilən matçın fasiləsində klub prezidenti Ali Koça edilən hücumla bağlı “Fənərbağça” rəsmi sosial media hesablarından məlumat paylaşıb.

Offsideplus.az xəbər verir ki, açıqlamada bildirilib ki, prezident Koç və baş katib Burak Kızılhan azarkeşlərlə görüşmək üçün stadionda olduqları zaman “Göztepe” akkreditasiya kartı olan bir şəxsin hücumuna məruz qalıblar.

Hadisədən sonra hücum edən şəxs müvafiq orqanlar tərəfindən sorğuya alınsa da, matçın qalan hissəsində stadionda qalmağa davam edib və heç bir cəza almadan stadionu tərk edib. “Fənərbağça” prezidenti Koçun aqressiv və səhlənkar məmurlara qarşı cinayət işi açdığı da qeyd edilib. Klub, azarkeşlərin üzləşdiyi problemlərin aradan qaldırılması üçün lazımi addımların atılacağını vurğulayıb.