Almaniya millisinin sabiq yarımmüdafiəçisi İlkay Gündoğan “Barselona”dan ayrılmaq qərarını qətiləşdirib.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi “X” hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, türk futbolçu azad agent qismində “Mançester Siti”yə qoşularaq müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atacaq.
Xatırladaq ki, İlkay 2016-2023-cü illər aralığında “şəhərlilər”in uğurları üçün çalışıb.
Follow @7timesaz