Azərbaycan Premyer Liqasında IV turun daha bir görüşü keçirilib.
7Times.az xəbər verir ki, günün ikinci matçında “Araz-Naxçıvan” və “Neftçi” üz-üzə gəlib.
“Live Bona Dea Arena”da baş tutan matçda heç-heçə qeydə alınıb – 1:1.
Qarşılaşmada hesabı meydan sahibləri açıb. 16-cı dəqiqədə Ömər Buludov dəqiq zərbə müəllifi olub.
“Ağ-qaralar” yalnız 90+4-cü dəqiqədə məğlubiyyətdən xilas olub. Ramil Şeydayev fərqlənib.
Qeyd edək ki, günün ilk matçında “Turan Tovuz” səfərdə “Qarabağ”a səfərdə 1:0 hesabı ilə qalib gəlib.
Follow @7timesaz