“Mançester Yunayted” rəhbərliyi komandanın baş məşqçisi Erik ten Haqla yolları ayıra bilər.
7Times.az xəbər verir ki, informasiyanı “The Guardian” yayıb.
Xəbərə görə, niderlandlı mütəxəssisin bu mövsüm ortaya qoyduğu oyun modeli İngiltərə nəhənginin idarəçilərini qane etmir. Mənbə klubun futbol departamentinin vəziyyəti nəzarətdə saxladığını və qarşıdakı matçlarda bu yöndə irəliləyiş sezilməyəcəyi halda, ten Haqın göndəriləcəyini vurğuayıb. Rəhbərliyin yeni transferlərin uyğunlaşmasını və zədəlilərin sayını nəzərə aldığı, lakin son oyunda “Liverpul”dan evdə alınan 0:3 hesablı yenilginin ardından baş məşqçiyə olan inamın ciddi şəkildə sarsıldığı bildirilib.
Xatırladaq ki, MY İngiltərə Premyer Liqasının ilk 3 turunda 1 qələbə və 2 məğlubiyyətlə yadda qalıb. Hazırda 3 xalı olan “qırmızı şeytanlar” turnir cədvəlinin 14-cü pilləsində mövqe tutublar.
Fanat.Az
Follow @7timesaz