İdman

“Barselona”nın ulduzu Xavi ilə insident səbəbindən gedə bilərmiş

“Barselona”nın ulduzu Xavi ilə insident səbəbindən gedə bilərmişbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona”nın ulduzlarından biri ötən mövsüm komandanın baş məşqçisi olan Xavi ilə insidentə görə klubdan getmək istəyib.

7Times.az xəbər verir ki, informasiyanı şəxsi “X” hesabı üzərindən ispaniyalı jurnalist Adrian Sançes yayıb.

Xəbərə görə, bu, mərkəz yarımmüdafiəçisi Pedridir. Mənbə ötən mövsümün sonunda postundan ayrılan Xavinin sözügedən oyunçunu heyətdə görmək istəmədiyini və ona müxtəlif yollarla təzyiq etdiyini vurğulayıb.

Xatırladaq ki, ötən mövsüm bütün turnirlərdə 34 matça çıxan Pedri 4 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Cari “futbol ili”ndə artıq 5 oyun keçirməyə imkan tapan orta xətt oyunçusu 2 qol vurub. Onun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Fanat.Az