“Lester” rəhbərliyi komandanın 37 yaşlı hücumçusu Ceymi Vardi ilə bağlı qərarını verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Ekrem Konur yayıb.
Mənbə Vardiyə müddəti 2026-cı ilə qədər nəzərdə tutulan yeni anlaşma təklif ediləcəyini vurğulayıb. Təcrübəli forvardın özünün də klubu ilə müqavilə yeniləməkdə maraqlı olduğu bildirilib.
Xatırladaq ki, Vardi 2012-ci ildən “Lester”in uğurları üçün çalışır. Onun “tülkülər”lə indiki müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdir.
Follow @7timesaz