Fransalı müdafiəçi Teo Ernandes “Milan”ın tarixinə düşüb.
Fanat.Az “Opta”ya istinadən xəbər verir ki, 26 yaşlı futbolçu bunu A Seriyasının 6-cı turunun açılış matçında “Leççe”nin qapısına yol tapmaqla bacarıb.
3:0 hesabı ilə qalib gəldikləri görüşün 41-ci dəqiqəsində adını tabloya yazdıran Teo “Milan” forması ilə A Seriyasında 29-cu qolunu vuraraq klub tarixinin ən məhsuldar müdafiəçisinə – əfsanəvi Paolo Maldiniyə çatıb.
Maldini 647 qarşılaşmada 29 dəfə “qırmızı-qaralar”ın ölkə çempionatındakı rəqiblərini məyus edibsə, 2019-cu ildən “Milan”da top qovan Ernandes A Seriyasındakı 168-ci oyununda Paolonu haqlayıb.
Follow @7timesaz