“Barselona”nı sabiq baş məşqçisi Xavi milli komandanı çalışdıra bilər.
7Times.az xəbər verir ki, informasiyanı “Al Raya” yayıb.
Xəbərə görə, 44 yaşlı mütəxəssis Qətər yığmasının “sükanı arxası”na keçməyə yaxındır. Mənbə tərəflərin yaxın günlərdə görüşəcəklərini və müqavilə şərtlərini müzakirə edəcəklərini vurğulayıb.
Xatırladaq ki, Xavier 2019-2021-ci illər aralığında Qətərin “Əl-Sədd” klubuna rəhbərlik edib. O, “Barselona”dan ötən mövsümün sonunda ayrılıb.
Fanat.Az
Follow @7timesaz