Ölkə

AFFA 8 komandaya texniki məğlubiyyət verdi

AFFA 8 komandaya texniki məğlubiyyət verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA İntizam Komitəsi aşağı liqalarda çıxış edən 8 komandaya texniki məğlubiyyət verib.

7Times.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

AFFA U-16 Liqasında UFA “Turan Tovuz”la oyuna getməyib. U-13 Liqasında “Şirvan” “Sabirabad”la matçda yetərsay olmadığına görə eyni halla üzləşib.

U-12 Liqasında “Aran” (Yevlax) “Real”la görüşdə yetərsay olmadığına, U-11 Liqasında isə “Paralimpiya İdman Kompleksi” komandası “Məhəllə uşaqları” ilə qarşılaşmada protokolu təqdim etmədiyinə görə 0:3 hesablı texniki məğlubiyyət alıb.

U-10 Liqasında UFA “Karvan”la oyunda, “Sahil” “Gənclik”lə matçda, “Məhəllə Uşaqları” “Paralimpiya İdman Kompleksi” ilə görüşdə yetərsay olmadığından cəzalanıb.

Nəhayət, U-13 Liqasında “Universal” “Xocalı” ilə duelə təyin olunan vaxtda çıxmadığı üçün texniki məğlubiyyətə məruz qalıb.