Ölkə

“İdeyanı Reallaşdır” – FOTOLAR

“İdeyanı Reallaşdır” – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı Reallaşdır” fərdi qrant müsabiqəsində qalib olan “Gənclərin hüquq və sosial iş sahəsində biliklərinin artırılması” layihəsi çərçivəsində gənclərlə hüquq sahəsində təlim keçirilmişdir.
Təlimdə iştirakçılara Əmək məcəlləsi, onun məqsədi, əhəmiyyəti və hüquqi bazası haqqında, eləcədə əmək haqqının hesablanması barədə nəzəri və praktiki məlumatlar verilmişdir.
Təlim zamanı mövzuların geniş şəkildə izah olunması iştirakçılara hüquq sahəsində əhəmiyyətli biliklər qazanmağa imkan yaratmışdır.
Layihə çərçivəsində hüquq sahəsində daha iki təlimin keçirilməsi planlaşdırılır. Bu təlimlər də gənclərin hüquqi maarifləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Qeyd etmək istəyirik ki, təlimlər hüquqşünas Ramil Ağayev tərəfindən həyata keçirilir. Təlim sonunda layihə rəhbəri- Günel Babayeva təlimçiyə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirmiş və bu təlimlərin gənclər üçün faydalı olacağını vurğulamışdır.