“Çelsi”nin baş məşqçisi Entso Mareska komandasının İngiltərə Liqa Kubokunun 1/8 finalında “Nyukasl”a uduzaraq (0:2) mübarizəni dayandırmasına münasibət bildirib.
7Times.az xəbər verir ki, onun sözlərini “zadəganlar”ın mətbuat xidməti belə çatdırıb:
“Oyunu təhlil etsək, mənim rotasiyalarım işə yaradı. Əlbəttə, nəticə belə demir. “Nyukasl”ın birinci qolundan əvvəl oyuna nəzarət edən tərəf idik. Ancaq ilk qolu buraxandan sonra 10 dəqiqə oyuna nəzarəti əldən verdik və ikinci dəfə məyus olduq. İkinci yarı isə bizim üstünlüyümüz şəraitində keçdi. Çox sayda əla epizodlar yaratdıq. Bilirəm ki, futbolda vacib olan nəticədir. Amma oyun planında “Çelsi” matç ərzində yaxşı təsir bağışladı. Biz uğursuz 10 dəqiqəyə görə uduzduq”.
Fanat.Az
Follow @7timesaz