Azərbaycanın FIFA dərəcəli hakimi Elçin Məsiyev UEFA-dan yeni təyinat alıb.
7Times.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Millətlər Liqasının C Divizionunun 3-cü qrupunda Lüksemburq və Şimali İrlandiya yığmaları arasında keçiriləcək VI tur oyununun baş hakimi olacaq.
Referiyə yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Peter Bankes və Endryu Medli olacaqlar.
Noyabrın 18-də Lüksemburq şəhər stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Follow @7timesaz