Futbol üzrə Rusiya və Suriya milli komandaları arasında yoldaşlıq oyununun keçiriləcəyi “Volqoqrad-Arena”nın adı dəyişdirilərək bir günlüyə “Stalinqrad Arena” olacaq.
7Times.az xəbər verir ki, bu barədə Rusiya Futbol Federasiyası məlumat yayıb.
“Rusiya-Suriya oyunu Stalinqrad strateji hücum əməliyyatının başlanmasının ildönümünə həsr olunacaq. Oyun “Volqoqrad Arena”da noyabrın 19-da – 82 il əvvəl Qırmızı Ordunun Stalinqrad döyüşündə qələbə ilə başa çatan əks-hücumunun başladığı gün keçiriləcək. Oyun günü stadionun adı dəyişdirilərək “Stalinqrad Arena” olacaq”, – məlumatda qeyd olunub.
Yoldaşlıq oyunu noybarın 19-da Moskva vaxtı ilə saat 19:30-da (Bakı vaxtı ilə 20:30) keçiriləcək.
Follow @7timesaz