AFFA İcraiyyə Komitəsi dekabr ayında yığılıb qalmış bəzi məsələləri müzakirə etmək üçün toplaşacaq.
7Times.az Azerisport.com-a istinadən xəbər verir ki, bu iclasda Azərbaycanın müxtəlif yaşlı futbol komandalarının baş məşqçilərinin məsələləri də həll olunacaq.
Portal həmçinin, Fernandu Santuşun bu vəzifədə fəaliyyətinin nəticəsiz qaldığı üçün onun da Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən azad edilməsi məsələsinə baxılacağı məlumatını əldə edib.
AFFA rəhbərliyi bu variantı nəzərdən keçirir və əsas məsələ portuqaliyalılara ödəniləcək təzminatdır.
Qeyd edək ki, 70 yaşlı Santuşla müqavilə daha bir il uzadılmaq şərti ilə 3 illikdir.
Follow @7timesaz